Bu bitkilər evinizin havasını təmizləyəcək


Digərləri 23 Okt 2017 07:14:00 420 0

Bu bitkilər evinizin havasını təmizləyəcək

Bir çoxlarımız dibçəklərə müxtəlif güllər əkərək, evdə onlara qulluq etməyi xoşlayırıq. Son.az ailem.az-a istinadən qulluğu və yetişdirilməsi asan olan, həmçinin evin havasını təravətləndirib, karbon monoksid kimi zərərəli qazlardan təmizləyən faydalı çiçəklərin siyahısını verir.

Chrysanthemum - Xrizantema 

Vətəni Uzaq Şərq olan bu çiçək payızı rəngləndirən nadir bitkilərdəndir. NASA-nın apardığı araşdırmaya görə, havanı təmizləmə təsiri də çox böyükdür. Evin içində yetişdirəcəyiniz xrizantema otağın havasını təmizləməyə yardım edəcək. Birbaşa günəş işığının altına qoymayın, orta temperaturlu bir şəraitdə asanlıqla yetişdirə bilərsiniz.   Spider Plant - Bant çiçəyi  

Yetişdirilməsi ən asan olan çiçəklərdən biridir. Nazik, uzun, iti yarpaqları asanca uzanır. Bant çiçəyini bol işıqlı bir yerdə yetişdirə bilərsiniz. İşıq nə qədər çox olsa, çiçəyiniz o qədər yaxşı inkişaf edəcək.    Draceana

Haradasa 40 fərqli növü olan tropik bitki olan Draceana evlərdə ən çox rastlanan bitkidir. Çox işığa ehtiyac görmür, evinizin havasındaki benzen, formaldehit kimi zərərli maddələri təmizləməyə kömək edir. Ancaq yarpaqları zəhərli olduğundan, evdə pişik və it bəsləyirsinizsə, bu, sizin üçün uyğun bitki olmaya bilər.   Ficus - Benjamin

Kiçik yarpaqları ilə balaca bir ağac olan Benjaminlər salon bitkilərinin vaz keçilməzlərindəndir. Nə qədər böyük bir dibçəyə qoysanız, o qədər böyük bir ağac olurlar. Yay aylarında bayırda saxlaya biləcəyiniz bu ağaclar otaqda ikən evin havasını təmizləyir.   Spathiphyllum - Yelkən çiçəyi


Xəbərə aid fotolar