Lyuis Hemilton ABŞ Qran Prisinin qalibi oldu


Digərləri 23 Okt 2017 02:14:04 282 0

Lyuis Hemilton ABŞ Qran Prisinin qalibi oldu

"Mercedes" komandasının pilotu Lyuis Hemilton "Formula-1" yarışmasının ABŞ Qran Prisinin qalibi olub.

Bakı. "Mercedes" komandasının pilotu Lyuis Hemilton "Formula-1" yarışmasının ABŞ Qran Prisinin qalibi olub. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, yarışmada ikinci alman pilot, "Ferrari" komandasının üzvü Sebastyan Fettel olub. Üçüncü yerdə isə yarışmanı Kimi Raykonen başa vurub. Yarışmanın növbəti mərhələsi oktyabrın 26-dan 29-na kimi Meksikada keçiriləcək.