"Maşın" şounun finalçıları məlum oldu… FOTO


Şou-biznes 23 Okt 2017 01:04:00 423 0

"Maşın" şounun finalçıları məlum oldu…  FOTO

ATV-də yayımlanan "Maşın" şounu növbəti iştirakçı tərk etdi.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, bununla iştirakçıların taleyinin səsvermə yolu ilə həll olunması artıq geridə qaldı.

Belə ki, qutudan hamının "Bozbash Pictures"dən Qılman kimi tanıdığı İlkin Misgərlinin şəkli daha çox çıxdı. O, səs toplayacağı təqdirdə müğənni Talıb Talehi oyundan kənarlaşdıracağını bildirdi. T.Taleh isə bu seçimin gözlənilməz olduğunu və aktyorun ondan qorxduğu üçün belə qərar verdiyini söylədi. İlkin də həmçinin dedi ki, müğənini özü üçün güclü rəqib bildiyindən onu oyundan kənarlaşdırmağı hədəf seçdi.

Bu qarşıdurma ilə iki qadın iştirakçının rahatlıqla finala qalması təmin olundu. Onlar da İlkin Misgərlini dəstəklədiklərini bildirdilər.


Xəbərə aid fotolar