Avtomobil alanda diqqətli olun: “ETİBARSIZ” ETİBARNAMƏ VİDEO


Digərləri 22 Okt 2017 23:16:00 367 0

Avtomobil alanda diqqətli olun: “ETİBARSIZ” ETİBARNAMƏ  VİDEO

Özündən xəbərsiz etibarnamə ilə başqasına satdığı nəqliyyat vasitəsi qəza törətdi, indi sığorta şirkəti dəymiş ziyanın ödənilməsini ondan da tələb edir.

Son.az bildirir ki, belə bir hadisə ilə paytaxt sakini Minayə Babayeva qarşılaşıb. Onun sözlərinə görə, 2013-cü ildə tanıdığı bir şəxsə bankdan onun adına kreditlə avtomobil alıb.Sonradan həmin şəxs borcu ödəyib qurtardıqdan sonra həmin avtomobil Fəyyaz Rzayev adlı şəxsə satılib. Bu dəfə də avtomobil onun adından çıxarılamyıb və yeni sahibi maşını etibarnamə əsasında idarə edib. həmin şəxs isə 2013-cü ildə Bakı-Qazax yolunun 70-ci kilometrliyində yol nəqliyyat hadisəsi törədib.

Minayə Babayeva iddia edir ki,hazırda avtomobili idarə edən şəxsi tanımır. Bir vaxt ona Yasamal rayon məhəkəməsindən qətnamə gəlib ki bəs müəyyən miqadarda pul ödəməlisən. İddiaçı isə sığorta şirkəti olub.

Qətnamədə qeyd olunub ki, Bakı-Qazax yolunun 70-ci kilometrliyində cavabdeh Fəyaz Rzayev ''Vaz 21723'' markalı,90 VR 370 dövlət qeydiyyat nişanlı avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olarkən qəza törədib və dizel yanacaq aparatının sütununa dəyərək maddi ziyan vurub. Qərarda isə qeyd olunub ki,Minarə Babayevə və Fəyaz Rzayev min manat sığorta şikətinə, 30 manat isə dövlət rüsumu olaraq məhkəmənin hesabına ödəməlidirlər. Minayə Babayevə burada heç bir qanunazid hərəkət törətmədiyini iddia edir.