Bakıda GÜCLÜ YANĞIN VİDEO


Digərləri 22 Okt 2017 22:17:00 322 0

Bakıda GÜCLÜ YANĞIN  VİDEO

Gündüz saatlarında mağazanın üzərində başlayan yanğın bir anda ətrafı qara tüstüyə bürüyüb.

Son.az bildirir ki, alovun hündürlüyü isə hətta bir neçə yüz metrdən belə asanlıqla görünürdü.

Görüntülər dünən saat 16 radələrində hava limanı yolunun kənarında yerləşən marketlərdən birində baş verən dəhşətli yanğındandır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, yanğın Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazada qeydə alınıb. Obyektin zirzəmisində karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidəki 6 ədəd şam ağacı yanıb.