Nostradamusun proqnozu gerçəkləşir: inanılmaz


Digərləri 22 Okt 2017 21:20:00 307 0

Nostradamusun proqnozu gerçəkləşir: inanılmaz

XVI əsrdə Fransada yaşamış həkim Mişel de Nostradamusun özünü doğrultmuş proqnozları onu bizə münəccim kimi tanıdıb. Tarix boyu ən önəmli hadisələr onun daha əvvəl verdiyi proqnozlara uyğun şəkildə cərəyan edib. 1503-1566-cı ilərdə yaşamış Nostradamusun 2017-ci il üçün verdiyi proqnozlar da düz çıxmağa başlayır.

Son.az Mişel de Nostradamusun 2017-ci il üçün dünyada, xüsusilə Amerika və Türkiyədə nələrin baş verəcəyinə dair proqnozlarını təqdim edir:

Amerikanın vəziyyətinə baxılsa, təxmin etmək olar ki, bu istiqamətdə proqnozlar o qədər də ürəkaçan deyil. Məlumatda 2017-ci ildə Amerikaya "yüksək səslə danışan, utanmaz" bir liderin başçılıq edəcəyi yazılıb.

Günümüzdən əsrlər əvvəl yaşamış olmasına baxmayaraq, Nostradamusun ona tamamilə yad olan bu dünyanı belə şərh etməsi doğurdan da maraqlıdır.

Yazıçı və siyasətçi Piter Makhol bütün bu maneələri kompleks cavablarla əvvəlcədən şərh etmiş Nostradamusun proqnozlarının sistemli şəkildə hazırlandığını iddia edir. Onun sözlərinə görə, bu inanılmayacaq bir uğurla hazırlanıb.

P.Makhol bu proqnozları daha dərindən araşdıraraq orada başqa məlumatların da olduğunu bildirib. Mənbələrdə 7 dəhşətli xəstəliklərdən söhbət açılır. Dünya ölkələrində ağır epidemiyalar başlayacaq, xüsusilə ABŞ-ı silkələyəcək hadisələr baş verəcək.

Ətraf mühit fəlakətlərinə dair proqnozlarında, Günəş və Ayın buludlarla örtülüb dünyanı qaranlığa qərq edəcəyi yazılıb. Nostradamus cari il üçün çoxsaylı yeraltı təkanlar, sel, qasırğa, yanğınlar və digər təbii fəlakətlərin baş verəcəyini öncədən görüb.


Xəbərə aid fotolar