Mövsümi saç tökülməsinin təbii həlli yolları


Digərləri 22 Okt 2017 21:30:00 442 0

Mövsümi saç tökülməsinin təbii həlli yolları

Gündə 100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər. Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.

Son.az bu yazıda oxucuları saç tökülməsinin təbii həlli yolları ilə tanış edir.

Trixoloqlar bildirir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər. Odur ki, ilk növbədə səbəbini araşdırmalısınız. Bu, stress, müxtəlif xəstəliklər, saç yaş halda yatmaq, tez-tez saç rəngləmək, yaxud başqa amillərlə əlaqəli ola bilər. Əvvəlcə sağlam qidalanmaya diqqət etmək lazımdır. Daha sonra prosiyanidin tərkibli bitkilərdən istifadə etməlisiniz. Prosiyanidin antioksidant xüsusiyyətlərə malik olan və saç köklərinə birbaşa təsir edən faydalı maddədir. Saç diblərini möhkəmləndirən bitkilər

Alma Arpa Üzüm çəyirdəyi Kakao Qaragilə Yaşıl çay İtburnu

Qida rasionunuzda bu məhsullara yer verin. Xüsusilə meyvə-tərəvəzlər həm bədəni, həm də saçları gücləndirir.

Qaraçörəkotu yağı

Hər dərdin dərmanı olan qaraçörəkotu yağındakı A, B1, B2, B6, E, C vitaminləri baş dərisini dərindən qidalandırır. Qaraçörəkotu yağını saç dibinə masaj edərək sürtün.

Nanə yağı