Qrip peyvəndi infarkt riskini azaldır


Digərləri 22 Okt 2017 20:55:00 322 0

Qrip peyvəndi infarkt riskini azaldır

Soyuq havalarda insanların ən çox yaxalandığı xəstəliklərdən biri də qripdir. Bəs qripdən qorunmaq üçün peyvənd etdirmək lazımdırmı?

Son.az ailem.az-a istinadən türkiyəli kardioloq Taner Yavuzun qrip peyvəndi ilə bağlı fikirlərini diqqətinizə çatdırır.

Həkim bildirir ki, bu peyvənd qripə yaxalanma riskini azaldaraq, qrip olsaq belə, xəstəliyi yüngül keçirməyimizə kömək edir: "Qrip peyvəndi ürək tutma riskini yarı-yarıya endirir. Qrip koroner damarlardakı aterosklerotik plakların stabilizasiyasını poza bilir və bu vəziyyət laxtalanmanı asanlaşdıraraq, infarkta yol aça bilir. İnfarktın qarşısını almaq üçün bu məsləhətləri verirlər - siqaret çəkməyin, sağlam qidalanın, idmanla məşğul olun, stressdən uzaq durun. Bəzi xəstələrə aspirin də təyin olunur. Həmçinin ürək xəstələrinə infarktdan qorunmada qrip peyvəndi məsləhət görülməli və bunun əhəmiyyəti izah edilməlidir".   Mütəxəssis vurğulayır ki, peyvənd etdirdikdə özümüzlə bərabər ətrafımızda olan və xəstəliyi ağır keçirmə riski olan kiçik uşaqları, yaşlıları, ürək və ağciyər xəstələrini qripdən qorumuş oluruq.   T.Yavuz deyir ki, Amerika Xəstəlik Nəzarət və Qorunma Mərkəzi və Amerika Pediatriya Akademiyası 6 aydan böyük bütün şəxslərə hər il qrip peyvəndi etdirməyi məsləhət görür. Bununla yanaşı qripdən qorunmağın digər yolları da göstərilir. Məsələn, qripli insanlardan uzaq durmaq, qrip yayıldıqda peyvəndsizsinizsə, çox adam olan yerlərdən uzaq durmaq, əlləri tez-tez yumaq və üzdən uzaq tutmaqdır. Qrip olduğunuzu düşündüyünüzdə dərhal həkiminizə müraciət edərək erkən müalicə ilə xəstəliyin uzun sürməsinin qarşısı alına bilər".   Həkim kimlərin mütləq qrip peyvəndi etdirməli olduğu barədə də məlumat verib. Bu siyahıya daxildir:   - Hamilələr   - 5 yaşdan kiçik uşaqlar   - Yaşı 50-dən yuxarı olanlar