Astaraya su xətti çəkilir FOTO


Digərləri 22 Okt 2017 20:19:00 321 0

Astaraya su xətti çəkilir  FOTO

Astara rayonunun su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə əsasən birinci və ikinci mərhələdə nəzərdə tutulan işlərin 95 faizi yekunlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq 2015-ci ildən Astara rayonunun su təchizatı sistemlərinin yenidən qurulması işlərinə başlanılıb.

Layihəyə əsasən rayon əhalisinin içməli su ilə təmin olunması üçün Xanbulançay su dəryaçasından magistral kəmərin çəkilməsi, tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.


Xəbərə aid fotolar