DİETOLOQDAN ÇAĞIRIŞ: "Kərə yağını əritmək düzgün deyil"


Digərləri 22 Okt 2017 19:05:00 355 0

DİETOLOQDAN ÇAĞIRIŞ: "Kərə yağını əritmək düzgün deyil"

Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirib. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.

Son.az bildirir ki, bu barədə qida mütəxəssisi, həkim-diyetoloq Leyla Zülfüqarlı məsələ ilə bağlı medicina.az-a açıqlamasında bildirib ki, yağ adı altında satılan ucuz qidalar əslində sintetik məhsullardan hazırlanmış yağa bənzər maddələrdir.