"Beşiktaş"ın hücumçusu qiymətini artırmaqda davam edir


İdman 22 Okt 2017 17:34:00 281 0

"Beşiktaş"ın hücumçusu qiymətini artırmaqda davam edir

"Beşiktaş"ın hücumçusu Cenk Tosunun cari mövsüm məhsuldar oyunu Avropanın "Böyük beşlik" klublarının diqqətini cəlb edib. Goal.az xəbər verir ki, "Crystal Palace"in ardından "Milan" skautları da Cenkin oyunlarını izləməyə başlayıb. London klubu mövsümün əvvəlində türk forvardın transferinə 12.5 milyon avro təklif etmiş, ancaq rədd cavabı almışdı. Bundan sonra özünü yaxşı tərəfdən göstərən futbolçunun qiyməti artıq 25 milyon avroya çatıb.

2016/17 mövsümündə Vensan Abubakarın varlığına baxmayaraq 47 oyuna çıxan Cenk 24 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.