Somalidə terror aktı törədilib: ölənlər var


Dünya 22 Okt 2017 16:58:56 293 0

Somalidə terror aktı törədilib: ölənlər var

Hadisə zamanı 6 nəfər öldürülüb

Somalidə terror aktı törədilib.

"Report"un məlumatılna görə, bu barədə "Anadolu" agentliyinə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Nur xəbər verib.

Xəbərdə bildirilib ki, partlayıcı qurğu Aşağı Şabel vilayətində mikroavtobus ərazidən keçərkən işə salınıb. Nəticədə mikroavtobusdakı 7 sərnişindən 6-ı həlak olub. Ölənlərdən 2-i qadındır.

Hakimiyyət orqanları hadisəyə görə məsuliyyəti "Aş-Şabab" qruplaşmasının üzərinə qoyublar.

Xatırladaq ki, ötən həftə paytaxt Moqadişoda törədilmiş terror aktı nəticəsində 300-dən çox insan həlak olub, azı 200 nəfər xəsarət alıb.