İranın Ərbildəki baş konsulluğuna hücum oldu


Dünya 22 Okt 2017 16:38:26 293 0

İranın Ərbildəki baş konsulluğuna hücum oldu

İran İslam Respublikasının Ərbildəki konsulluğunun binasına hücum olub.

Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda konsulluğa edilən hücum pislənib, bu əməli törədənlərin tutularaq cəzalandırılması istənilib və Ərbil administrasiyasından diplomatik nümayəndəliklər haqqındakı beynəlxalq konvensiyanın şərtlərinə əməl edilməsi tələb olunub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, baş verən insidenti İraqın rəsmi şəxsləri və ziyalıları da pisləyərək bunu təxribat kimi qiymətləndiriblər.

Ərbil administrasiyasından isə bildiriblər ki, insident araşdırılır.