"Beşiktaş" futbolçusunun toyunda Erdoğan nikah şahidi oldu


İdman 22 Okt 2017 15:13:00 427 0

"Beşiktaş" futbolçusunun toyunda Erdoğan nikah şahidi oldu

Uzun zamandır zədəli olan "Beşiktaş"ın yarımmüdafiəçisi Gökhan Töre ailə həyatı qurub. Goal.az xəbər verir ki, Töre və Esra Bilgiç Sait Halim Paşa malikanəsində nikah bağlayıblar. Bu mərasimdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan və xanımı Emine Erdoğan da nikah şahidi kimi iştirak edib. Toyda "Beşiktaş" prüzidenti Fikret Orman, İdarə heyətinin üzvləri, baş məşqçi Şenol Güneş, bir sıra futbolçular və digər qonaqlar da olub.

Gökhan Töre və "Diriliş Ertuğrul" serialı ilə tamaşaçılara tanış olan Bilgiç artıq 2 ildir sevgili idi. Oktyabrın 19-da Töre sevgilisi ilə nişanlanmışdı.