Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülüb


Sosial 22 Okt 2017 14:56:44 388 0

Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Bərbər işləyən Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü bərbər işləyən Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun Eldar adlı şəxs tərəfindən pldürüldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.