Portuqaliyalı hücumçu "Barcelona" və "Arsenal"ın hədəfində


İdman 22 Okt 2017 14:35:00 321 0

Portuqaliyalı hücumçu "Barcelona" və "Arsenal"ın hədəfində

"Milan" və Portuqaliya millisinin gənc hücumçusu Andre Silva bir sıra klubların maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, "Barcelona" və "Arsenal" yanvarda 21 yaşlı forvardı transfer etməyə çalışacaq. İtaliya mətbuatının yazdığına görə, "Milan" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, "Napoli" də Silvanı heyətə qatmağa çalışacaq.

Andre Silva ötən yay "Porto"dan "rossoneri"yə gəlib. Bu mövsüm Avropa Liqasında 7 oyun keçirən gənc ulduz 6 qol vurub.