Temur Abazov icra başçısı oldu


Dünya 22 Okt 2017 14:22:00 553 0

Temur Abazov icra başçısı oldu

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb.

APA-nın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki,  rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif "Vahid Milli Hərəkat" partiyasının namizədi Rəhim Əsgərov tutub.