Balotelli: "Milan"ın oyunlarını izləmirəm və yenidən ora qayıtmayacam"


İdman 22 Okt 2017 13:50:00 371 0

Balotelli: "Milan"ın oyunlarını izləmirəm və yenidən ora qayıtmayacam"

Karyerasını "Nice" klubunda davam etdirən Mario Balotelli bu mövsüm A Seriyasında çempionluq mübarizəsi aparan klublar haqqında fikir bildirib. Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu bunları deyib:

"İnter"ə qayıtmaq fikri ağlımdan keçməyib. "Milan"ın oyunlarını izləmirəm və yenidən orda oynamayacam. Faktiki olaraq "Juventus"a transfer edilməli idim. Bu, "rossoneri"yə keçməzdən əvvəl olmuşdu. Öncə Turin klubunun nümayəndələri ilə danışdım. Daha sonra "Milan"ı seçdim. Çünki onların azarkeşi idim və Adriano Qalliani ilə yaxşı münasibətim vardı. "Roma" yaxşı komandadır. "Napoli"də isə oynamaq istərəm. Onların bir-birini gözəl başa düşən hücum triosu var. Ümid edirəm, Neapol təmsilçisi skudettonu qazanar. Düzü, titulu "Juventus" və "İnter"in qazanacağını gözləyirəm.