Konte: "İstefa ehtimalı məni narahat etmir"


İdman 22 Okt 2017 13:32:00 349 0

Konte: "İstefa ehtimalı məni narahat etmir"

"Chelsea" İngiltərə Premyer Liqasının 9-cu turunda "Watford" üzərində qələbə qazanıb - 4:2. Bu oyuna qədər "zadəganlar" Çempionlar Liqası daxil olmaqla 3 oyunda qalib gələ bilməmişdi. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte üzərinə düşən təzyiq barədə danışıb.

"Ciddi təzyiq altında işləyirəm. Amma istefa ehtimalı məni narahat etmir. Etdiyimin düzgün olduğuna inanıram və bütün gücümü işimə sərf edirəm. Hər klubdakı tapşırıq azarkeşləri xoşbəxt etməkdir. Məhz bundan meydana çıxan təzyiqi hiss edirəm. azarkeşlərimizin oyun zamanı nə qədər zəhmət çəkdiyini görürük. Biz öz işimizi görürük".