İtaliyanın iki əyalətində referendum keçirilir


Dünya 22 Okt 2017 13:27:00 304 0

İtaliyanın iki əyalətində referendum keçirilir

Bu gün İtaliyanın şimalında yerləşən Lombardii və Veneto əyalətlərində muxtariyyət statusu əldə edilməsi ilə bağlı referendum keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, Lombardii və Veneto İtaliyanın ən yaxşı inkişaf etmiş əyalətləridir. Referendum daha çox məsləhət xarakteri daşıyır və birbaşa nəticəsi olmayacaq. Çünki İtaliya Konstitusiyasına əsasən, regionların səlahiyyət dərəcəsi yalnız dövlətlə danışıqlar prosesində müəyyənləşə bilər.

Əgər bu iki regionda keçirilən referendum zamanı muxtariyyət ideyası dəstəklənərsə, regional administrasiyaların rəhbərləri olan qubernatorlar faktiki olaraq belə danışıqlar aparmaq üçün xalq mandatı əldə edirlər. Ancaq İtaliya hakimiyyəti referendumu qanuni saysalar da, bunu "mənasız siyasi addım" hesab edirlər. Çünki İtaliya Konstitusiyası muxtariyyət barədə danışıqlara referendumsuz da başlamağa icazə verir.