Eyyub Yaqubov susqunluğunun SƏBƏBini açıqladı


Şou-biznes 22 Okt 2017 13:06:00 483 0

Eyyub Yaqubov susqunluğunun SƏBƏBini açıqladı

Yaradıcılıq yenilik tələb edir. Efirə yeni işlə birlikdə çıxmaq lazımdır. Bu da vaxt və düşünmək tələb edir. Gec-gec efirə çıxıb, mənalı iş görməyin tərəfdarıyam.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Eyyub Yaqubov "Lider maqazin"ə açıqlamasında deyib. Sənətçi efirə gec-gec çıxmasının səbəbini açıqlayıb. Müğənni yeniliklərindən də bəhs edib: "Hüseyn Cavidin sözlərinə layihəmiz olacaq. Muğamsayağı bir kompozisiyadır. Cazla muğamı sintez edəcəyik. Hüseyn Cavid və Şeyx Sənanın sözlərini oxuyacam. Elçin İmanovla Mikayıl Müşviqin "Gecə düşüncəsi" şeirinə mahnı yazıb, klip çəkdirəcəyik".