Həftənin ilk iş günü hava necə olacaq?


Digərləri 22 Okt 2017 12:52:35 346 0

Həftənin ilk iş günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli  yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15° isti, gündüz  16-18° isti, Bakıda gecə  13-15°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət   gecə 75-80 %, gündüz 60-70 %  olacaq.