""Twitter" hesabım olmasaydı, prezident ola bilməzdim"


Dünya 22 Okt 2017 13:00:00 406 0

""Twitter" hesabım olmasaydı, prezident ola bilməzdim"

ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. 

Report "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, "Fox Business Network"a müsahibəsində deyib.

Tramp "Twitter" hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. "Twitter"də yazmaq, sanki, çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm", - deyə o bildirib.