"Sumqayıt"ın kapitanı: "Qələbə bizə çox lazım idi"


İdman 22 Okt 2017 12:52:00 318 0

"Sumqayıt"ın kapitanı: "Qələbə bizə çox lazım idi"

"Zirə"nin məğlubiyyəti yox idi. Evdə oynayırdıq, qələbə bizə çox lazım idi". Goal.az xəbər verir ki, bunu "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının IX turunda "Zirə" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib. Matçın 83-cü dəqiqəsində komandasının qələbə qoluna imza atan təcrübəli müdafiəçi deyib ki, "Sumqayıt" Avropa Liqasında mübarizə aparmaq istəyirsə, bu cür oyunlarda qalib gəlməlidir. "Önəmli qələbə qazandıq. Lakin artıq bu matçı unutmalıyıq. Qarşıdan "Neftçi" ilə oyunumuz gəlir".

Qarşılaşmanın 38-ci dəqiqəsində "Sumqayıt"ın bərabərlik qoluna imza atan Amil Yunanov da fikirlərini bölüşüb: "Həm çətin, həm də maraqlı oyun oldu. Qol imkanlarımızın çoxundan istifadə edə bilməsək də, qələbə qazandıq. Vacib olan nəticədir. "Zirə" də 8 tur idi uduzmurdu. Qələbə münasibəti ilə bütün azarkeşlərimizi təbrik edirəm".

Oyunda  ilk qolu 4-cü dəqiqədə "Zirə"nin futbolçusu Sadio Tounkara vurub.