Naviqasiya sistemində yaranan problemə görə Astanaya qayıdan sərnişin təyyarəsi bu gün Bakıya eniş edib - YENİLƏNİB


Sosial 22 Okt 2017 12:35:00 387 0

Naviqasiya sistemində yaranan problemə görə Astanaya qayıdan sərnişin təyyarəsi bu gün Bakıya eniş edib - YENİLƏNİB

Təyyarə saat 11:00-da eniş edib

Oktyabrın 21-də Astanadan Bakıya uçan, lakin naviqasiya sistemində yaranmış texniki problemlərə görə Qazaxıstan paytaxtına qayıdan sərnişin təyyarəsi yenidən Bakıya qayıdıb. 

Bu barədə "Report"a AZAL-dan xəbər verilib. 

Məlumata görə, təyyarə saat 11:00-da Bakıya eniş edib. Qeyd edək ki, təyyarənin göyərtəsində 90 sərnişin olub.

***07:49

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.

Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir.