"Napoli" fevralda sonra ilk dəfə meydanı qol vurmadan tərk edib


İdman 22 Okt 2017 12:33:00 399 0

"Napoli" fevralda sonra ilk dəfə meydanı qol vurmadan tərk edib

İtaliya A Seriyasının 9-cu turunda "İnter"i qəbul edən "Napoli" mövsümdə ilk xal itkisi ilə üzləşib. Tərəflər nə qədər çalışsa da, oyunda qol vurulmayıb. Goal.az xəbər verir ki, Neapol klubu fevraldan sonra ilk dəfə meydanı qol vurmadan tərk edib. Sonuncu dəfə 2017-ci il 25 fevralda "Atalanta" ilə oyunda "Napoli" 0:2 hesabıyla uduzmuşdu. Bundan başqa "İnter" rəqibin A Seriyasında 13 oyunluq qələbə seriyasına da son qoyub.