Lionel Messiyə ömürlük müqavilə


İdman 22 Okt 2017 12:12:00 389 0

Lionel Messiyə ömürlük müqavilə

"Barcelona" Lionel Messiyə karyerasının sonuna kimi müqavilə təklif edib. Goal.az xəbər verir ki, bu barədə katalon klubunun direktoru Oskar Qrau danışıb.

"Messi iyunda 4 illik müqaviləyə imza atıb. Amma klub ona ömürlük müqavilə təklif edəcək. Fikrimiz budur ki, uşaqlıdan burda olan Messi klubun rəmzi olduğundan "Barcelona"da sona qədər qalsın. Karyerasını bitirəndən sonra da klubla bağlarını saxlamaq istəyirik" - Qrau deyib.

Messi katalonların heyətində 8 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı hücumçu 5 "Qızıl top" mükafatının da sahibidir. Onun "Barcelona" ilə 2021-ci il 30 iyuna kimi müqaviləsinin olduğu qeyd edilirdi. Klub daha öncə Andres İniesta ilə ömürlük müqavilə imzalamışdı.