Səhiyyədə yenilik:


Digərləri 22 Okt 2017 12:03:00 323 0

Səhiyyədə yenilik:

Avstriyanın Qrats Universiteti və "Surgebright" alman startapının biomexanika üzrə mütəxəssisləri tərəfindən insan sümüklərindən istifadə olunmaqla cərrahiyyə vintlərinin hazırlanması üçün yeni metodika işlənilib. 

Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

Məlum olduğu kimi, cərrahlar sümük sınıqlarını birləşdirmək üçün bio-uyğun material hesab edilən titan və paslanmayan poladdan hazırlanan vintlərdən istifadə edirlər. Metal vintlər möhkəm və ağır çəkiyə malik olduğundan xəstələrdə tez-tez narahatçılıq yaradır. Onları çıxartmaq üçün isə yeni əməliyyata ehtiyac duyulur.