ABŞ-da terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb


Dünya 22 Okt 2017 11:45:31 345 0

ABŞ-da terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

Visento Solano terror aktını ticarət mərkəzində törətməyi planlaşdırırmış

ABŞ-ın Mayami şəhərində terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Miami Herald" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qeyd olunur ki, o, Federal Təhqiqat Bürosunun Antiterror Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Şübhəli şəxs - Visento Solano terror aktını ticarət mərkəzində, təkbaşına törətməyi planlaşdırırmış.

Onun İŞİD terror təşkilatına dəstək məqsədi ilə videoçarx çəkdiyi bildirilir. Lakin V. Solanonun terror qruplaşmasının göstərişi ilə fəaliyyət göstərməsinə dair sübut yoxdur.

Onun işi üzrə federal məhkəmə sabah başlayacaq.