Xızıda 91 ədəd partlamamış sursat TAPILDI FOTO


Digərləri 22 Okt 2017 10:26:24 356 0

Xızıda 91 ədəd partlamamış sursat TAPILDI  FOTO

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə  gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Son.az-a verilən məlumata görə, oktyabrın 21-də  partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 91 ədəd partlamamış hərbi sursat (PHS), 28 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 181 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 574 600 kv.m (57.46 ha) ərazi yoxlanılıb.


Xəbərə aid fotolar