Qazaxda partlayış:


Digərləri 22 Okt 2017 09:52:39 306 0

Qazaxda partlayış:

Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var.

Son.az-ın apa-ya istinadən məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Kənd sakini Vəliyeva Cəvahir yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C. Vəliyevanın vəziyyəti orta-ağırdır.