Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdıb


Sosial 22 Okt 2017 07:49:44 330 0

Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdıb

Təyyarənin göyərtəsində 90 nəfər sərnişin olub

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.

Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir.