Bakıda 2 otaqlı ev yanıb


Digərləri 22 Okt 2017 05:30:00 249 0

Bakıda 2 otaqlı ev yanıb

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.