ABŞ-da oteldə partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb


Dünya 22 Okt 2017 04:49:07 363 0

ABŞ-da oteldə partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb

İnsident "Spring Hill" mehmanxanasında baş verib

Şənbə günü axşam ABŞ-ın Konnektikut ştatının Mensfild şəhərində yol kənarında yerləşən oteldə baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NBC telekanalı məlumat yayıb.

İnsident "Spring Hill" mehmanxanasında baş verib. Hadisə yerinə fövqəladə hallar xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İnsidentin səbəbləri və hansı şəraitdə baş verdiyi araşdırılır.