BƏƏdə yeni nazirlik YARADILDI 27 yaşlı şəxs RƏHBƏR OLDU


Digərləri 22 Okt 2017 04:30:00 338 0

BƏƏdə yeni nazirlik YARADILDI  27 yaşlı şəxs RƏHBƏR OLDU

ABŞ, Yaponiya, Çin, Cənubi Koreya kimi texnologiya istehsalı ilə məşğul olan ölkələrin ağlına gəlməyəni Birləşmiş Ərəb Əmirlikləri edib. Ölkədə Süni İntellekt nazirliyi yaradılıb.

Son.az xəbər verir ki, texnologiya dünyasında robotlar başda olmaqla bütün yeni nəsil qurğuların işinin əsasını təşkil edən süni intellekt nazirliyinə artıq təyinat da olub.

BƏƏ-nin baş nazirinin müavini, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumu bu barədə tviterdə məlumat paylaşıb. Onun sözlərinə görə, yeni nazir vəzifəsinə 27 yaşındakı Ömər Bin Sultan Əl Olama təyin edilib. Əvvəl baş nazirlikdə gələcəkdən məsul direktor kimi işləyən gənc nazir, bundan sonra süni intellekt texnologiyası, istifadə yerləri və təhlükəsizliyi kimi işlərə nəzarət edəcək.