Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir


Dünya 22 Okt 2017 03:17:47 309 0

Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir

Ölkə üzrə ümumilikdə təqribən 47 min seçki məntəqəsi açılıb

Bazar günü Yaponiya Parlamentinin Aşağı Palatasına növbədənkənar seçkilərə start verilib. Ölkə üzrə ümumilikdə təqribən 47 min seçki məntəqəsi açılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, səsvermənin yekunu üzrə 465 deputat seçiləcək. Onlardan 289 nəfəri birmandatlı dairə üzrə, 176-sı isə partiya siyahsı üzrə seçiləcək.

Parlamentin Aşağı Palatasındakı deputat yerlərinə ümumilikdə 1180 namizəd iddia edir.