"Titanik" sərnişininin məktubu hərracda 126 min avroya satılıb - FOTO


İqtisadiyyat 22 Okt 2017 01:31:41 358 0

"Titanik" sərnişininin məktubu hərracda 126 min avroya satılıb - FOTO

Məktub sərnişin tərəfindən qəzadan bir sutka əvvəl yazılıb

"Titanik" ilə səfərə çıxan sərnişinlərdən birinin məktubu Böyük Britaniyada keçirilən hərrac zamanı rekord qiymətə – 126 avroya satılıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, tədbir "Henry Aldridge & Son" hərrac evi tərəfindən təşkil olunub.

Məktub 13 aprel 1912-ci il tarixində qəza zamanı ölən birinci sinfli sərnişin Aleksandr Oskar Holverson tərəfindən gəminin aysberqlə toqquşmasından bir sutka əvvəl yazılıb. Məktub onun Nyu-Yorkda yaşayan anasına ünvanlanıb.