Dünyanın kəpənəkləri tükənir


Digərləri 21 Okt 2017 23:25:00 352 0

Dünyanın kəpənəkləri tükənir

"The Telegraph" yazır ki, Almaniya alimləri son üç onillik ərzində onlarca təbii qoruqda uçan həşəratların sayca fəlakətli azalması ilə əalqədar həyəcan təbili çalıblar. Alimlərin fikrincə, bu azalmaya səbəb kənd təsərrüfatında geniş istifadə edilən pestisidlərdir.

Kəpənək və arıların Avropa və Şimali Amerikada sayca azalması bundan qabaq da məlum idi, lakin PLOS ONE jurnalında dərtc edilmiş hesabat Almaniyada 1989-cu ildən bəri uçan həşratların 75 faiz azaldığını göstərən ilk sənəddir.

Bu azalma alimləri ona görə narahat edir ki, həşəratlar mühüm tozlandırıcı olmaqdan başqa, həm də quş və kiçik heyvanların qida zəncirinə daxildir.

"Uçan həşəratların belə yüksək sürətlə və belə geniş ərazidə azalması həyəcanlı xəbərdir" - deyib Radboud Universitetinin aparıcı tədqiqatçısı Hans de Kroon.

Bu hesabatın hazırlanması üçün alimlər 63 təbii qoruqda yapışqanlı tələlər qurmuşdular. Bundan sonra biokütlə ölçülüb və zaman içində baş verən dəyişikliklər qeydə alınıb.

Alimlər son 27 ildə uçan həşəratların 76 faiz azaldığı nəticəsinə gəliblər. Yay ərzində bu azalmanın 82 faizə çatması isə dəhşət doğuran hadisə sayılır.

Radboud Universitetindən Caspar Hallmann deyib ki, bu hələ xüsusi olaraq qorunan təbii guşələrdir.