"Qorxurdum ki, başına bir iş gələr"


Digərləri 21 Okt 2017 23:11:00 333 0

"Qorxurdum ki, başına bir iş gələr"

Bu gün Azərbaycanın azadlıq şairi Xəlil Rza Ulutürkün 85 yaşı tamam olur.

Son.az axar.az-a istinadən bildirir ki, 1932-ci il oktyabr ayının 21-də Salyan rayonunun anadan olan Ulutürk ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) Filologiya Fakültəsinin Jurnalistika şöbəsində alıb. Əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. 1957-ci ildə ilk şeirlər toplusu "Bahar gəlir" adlı kitabı nəşr olunub. 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza", "Xəlil Rza Ulutürk" təxəllüsləri ilə çap etdirib.

80-ci illərin sonlarında xalq azadlıq hərəkatının vüsət aldığı zaman Xəlil Rza bu hərəkata qoşularaq, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını öz çıxışları ilə ifşa edib. O, "şübhəli şəxs" kimi təqib olunaraq, 1990-cı il yanvarın 26-da keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib və Moskvaya - Lefortovo həbsxanasına göndərilib və 10 ay sonra azadlığa buraxılıb.

Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 1986-cı ildə "Əməkdar incəsənət xadimi", 1992-ci ildə isə "xalq şairi" fəxri adına layiq görülüb. O, 1994-cü il iyun ayının 22-də vəfat edib, I Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra - red.) "İstiqlal" ordeni ilə təltif edilib.

Ömür-gün yoldaşı Firəngiz Ulutürk azadlıq şairi ilə bağlı xatirələrindən danışarkən onun fikirlərinin Ulutürk üçün maraqlı olduğunu bildirib: