“Halal süfrə” kafesində haram –


Digərləri 21 Okt 2017 23:06:00 328 0

“Halal süfrə” kafesində haram –

Sumqayıt şəhərində kafelərdən birində oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, şəhərin 19-cu məhəllə ərazisində yerləşən "Halal süfrə" kafesindən 120-130 manat dəyərində əl-üz yuyanı oğurlanmaq istəyiblər.

Oğurluğa cəhd göstərən şəxs Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və o, barəsində tədbir görülməsi üçün 4-cü polis bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, oğurluğu törədən şəxs Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Elşən Mustafayevdir.