Ağcabədidə “zek”in quyu əməliyyatı


Digərləri 21 Okt 2017 23:07:00 360 0

Ağcabədidə “zek”in quyu əməliyyatı

Ağcabədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ədalət Həsənov tutulub.

O, rayonun Sarıcalı, Poladlı və Taynaq kəndləri ərazisində subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqilin 65 metr hissəsini kəsərək oğurlamaqda şübhəli bilinib.