Çexiyada milyarder Andrey Babişin partiyası parlament seçkilərində liderlik edir


Dünya 21 Okt 2017 22:58:15 341 0

Çexiyada milyarder Andrey Babişin partiyası parlament seçkilərində liderlik edir

Kommunistlərin 8,5% səs toplaması gözlənilməz nəticə olub

Çexiya Parlamentinin Aşağı Palatasına keçirilən seçkilərdə səslərin yarısının hesablanmasından sonra milyarder Andrey Babişin mərkəzçi ANO hərəkatı inamlı qələbə qazanır.

“Report” xəbər verir ki, hərəkat seçici səslərinin 31%-ni toplayıb.

RİA "Novosti"nin məlumatına görə, onun ardınca gələn "Azad və Açıq Demokratiya" (AAD) – 11,3% və Vətəndaş Demokrat Partiyası (VDP) – 10,2% səs toplayıb. Seçkilərdə seçici iştirakı 59% təşkil edib.

Bildirilir ki, kommunistlərin 8,5% səs toplaması gözlənilməz nəticə olub.