O məktəb direktorunu kənddə niyə qəbul etmirdilər? VİDEO


Digərləri 21 Okt 2017 22:35:00 318 0

O məktəb direktorunu kənddə niyə qəbul etmirdilər? VİDEO

Son.az lent.az-a istinadən Tofiq İsmayılovun 1986-cı ildə çəkdiyi "Yay günlərinin xəzan yarpaqları" bədii filmi barədə Sevda Sultanovanın yazısını təqdim edir.

Süjet: Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda "direktor yoxlaması" keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.

"Yay günlərinin xəzan yarpaqları" 1986-cı ildə yenidənqurma illərində lentə alınıb. Görünür, bu səbəbdən də filmdə kənd məktəbinin problemləri fonunda səlahiyyətli şəxslərin daşıdığı vəzifəyə məsuliyyətsizliyi, etinasızlığı, təhsil siyasətinin düzgün qurulmaması əsas tənqid hədəflərindən biridir.

Müəlliflər ucqar kənddə təhsilin problemlərini mərkəzə gətirməklə, digər çeşidli məsələlərə də toxunurlar: yararsız infrastruktur, erkən nikahlar, gənclərin kənddən köçü və s. Və sadalanan problemlər bu günədək də kəndlərdə həllini tapa bilməyib.

Məsələn, səkkizinci sinif şagirdini ailəsi ərə verməyə hazırlaşır. Çünki anası qızına yük kimi baxır, erkən ərə verilməsinin səbəbi maddi motivdir. Ananın uşaqlarının qayğısına qalmaq üçün yetərli iqtisadi dayaqları yoxdur, dövlət isə sosial yadım ayırmır.

Başqa bir şagird Şəhriyarın (Natiq Abdullayev) atası (Yaşar Nuri) çətin tapılan malların alveri ilə məşğuldur. O, oğlunu dərsə getməkdən yayındırır, əvəzində onu dükanda mal satmağa məcbur eləyir.

Şəmsiylə söhbətində ata təhsilin yox, maddiyatın önəmini vurğulayır.

Digər bir şagirdi isə atası öz restoranında ofisiant kimi çalışdırır.


Xəbərə aid video