Ayı sarımsağı qocalığı ləngidir


Digərləri 21 Okt 2017 22:40:00 309 0

Ayı sarımsağı qocalığı ləngidir

Ayı sarımsağı yalnız rütubətli torpaqlarda, kölgəli yerlərdə, dərə ətəyində, kolluqların altında, sıx yarpaqlı ağac meşələrində yetişir. Çox vaxt bitkinin özü görünməsə də, sarımsaq iyi ətrafa yayılır və bəzən buna görə onu yabanı sarımsaq hesab edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yazda nəmli meşələr ayı sarımsağının təzə və yaşıl yarpaqları ilə örtülür, aprel və mayda, bəzən daha erkən yaşıllaşmağa başlayır, çiçəkləri mayın ortaları və ya iyunda görünməyə başlayır. Bitki ümumən bizə tanış olan sarımsağın xüsusiyyətlərini daşıyır, ancaq ondan daha güclü təsirlərə malikdir. Orqanizmdə qocalığın ləngidilməsində əvəzedilməz bitkidir və xroniki dəri xəstəliyində uğurla tətbiq olunur.

Torpağa qar düşən kimi arıq ayılar onunla qidalanırlar və bitkinin bəzən "Ayı salası" adlandırılmasının səbəbi bununla bağlıdır. Deyilənə görə, qədim zamanlarda onu əhali bostan bitkisi kimi yetişdirir və arabalarla daşıyırmışlar. Yazda onun yarpaqlı saplağı, qışda isə soğanağı tədarük edilir, ondan müxtəlif şorbalar və piroqlar hazırlanırdı.