Tramp Rəqqanın İŞİD-dən azad edilməsini təsdiqləyib


Digərləri 21 Okt 2017 22:25:00 258 0

Tramp Rəqqanın İŞİD-dən azad edilməsini təsdiqləyib

ABŞ prezidenti Donadl Tramp Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib

Bakı. ABŞ prezidenti Donadl Tramp Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp bildirib: "Bizim İŞİD-ə qarşı mübarizədə tərəfdaşlarımız "Suriya demokratik qüvvələri" Rəqqanı uğurla azad etdilər. Bizim qüvvələr şəhəri İŞİD-in nəzarətindən birgə azad etdilər". Tramp qeyd edib ki, İŞİD-in Rəqqada darmadağın edilməsi bizim İŞİD-i tam darmadağın etmə qlobal kampaniyamızda mühüm irəliləyişdir: "İŞİD-in "paytaxtı" Rəqqanın və ərazilərin çoxusunun azad olunması ilə xilafətin sonu yaxındır". Bundan əlavə Tramp ABŞ hərbçilərinə təşəkkürünü bildirib.