Bred Pitt özündən 32 yaş kiçik qıza vurulub FOTO


Digərləri 21 Okt 2017 22:11:00 513 0

Bred Pitt özündən 32 yaş kiçik qıza vurulub  FOTO

Məsələ ilə bağlı, Bred Pittin keçmiş həyat yoldaşı, 43 yaşlı aktrisa Ancelina Coli hələlik açıqlama verməyib

Oskar mükafatlı amerikalı aktyor Bred Pitt haqda yeni iddia ortaya atılıb. Tanınmış aktrisa Ancelina Colidən boşanan Bred Pittin özündən 32 yaş kiçik Ella Purnellə sevgili olduğu deyilir.

Son.az sputnik.az-a istinadən bildirir ki,  bu barədə Amerikanın reytinqli maqazin jurnalı "İn Touch" məlumat yayıb.

Qəzetin xəbərinə görə, Pitt 21 yaşlı Purneli "Xanım Pereqrinin qəribə uşaqları" adlı filmdə görüb və anidən aşiq olub. "Pitt onu görər-görməz dərhal qərar verib. İndi cütlük çox romantik əlaqəyə başlamaq üzrədir"  - jurnal yazıb.

Ancaq maraqlıdır ki, Ella Purnelin yaxın rəfiqələri sözügedən iddiaların uydurma olduğunu deyiblər.


Xəbərə aid fotolar