Bakıdan Avropanın digər paytaxtına avtobusla getmək mümkün olacaq


Digərləri 21 Okt 2017 22:00:00 321 0

Bakıdan Avropanın digər paytaxtına avtobusla getmək mümkün olacaq

Sərnişinlər biletləri on gün öncədən kassadan və ya online şəkildə əldə edə bilərlər

Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev avtobus reysi həyata keçiriləcək.

Son.az sputnik.az-a istinadən bildirir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.

O bildirib ki, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Y.İsakov əlavə edib ki, sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür. Biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycan şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.