Bakıda 3 otaqlı mənzil yanıb


Digərləri 21 Okt 2017 22:08:18 251 0

Bakıda 3 otaqlı mənzil yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib. Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.