Zaur İsmayılov artıq separatçıların prokuroru deyil FOTO


Dünya 21 Okt 2017 21:31:00 554 0

Zaur İsmayılov artıq separatçıların prokuroru deyil  FOTO

Ukraynanın şərqindəki separatçı "Luqansk Xalq Respublikası"nın baş prokuroru Zaur Rauf oğlu İsmayılov tutduğu postdan istefa verib.

Son.az RİA Novosti-yə istinadən bildirir ki, bunu Z.İsmayılovun mətbuat katibi David Kats bəyan edib.

Separatçı rejimin Dövlət Təhlükəsizliyi Komitəsinin iclasında Z.İsmayılov deyib: "Vəzifəmdən ərizəmlə istefa vermək istəyirəm. Düzünü desəm, özümü elmi fəaliyyətdə görürəm".

"LXR"in rəhbəri İqor Plotnitski istefanı qəbul edib.

Z.İsmayılovla bahəm, onun müavini Qriqori Sevenko da işdən azad olunub.


Xəbərə aid fotolar