Yan-Mayen adasında 5,2 bal gücündə zəlzələ olub


Digərləri 21 Okt 2017 21:11:00 219 0

Yan-Mayen adasında 5,2 bal gücündə zəlzələ olub

İslandiyadan 500 kilometr şimalda yerləşən Yan-Mayen adasında 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. İslandiyadan 500 kilometr şimalda yerləşən Yan-Mayen adasında 5,2 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İslandiyanın paytaxtı Reykyavik şəhərindən 1017 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.